Xalq artisti Ramiz Məlik sosial şəbəkədə ünvanına təhqiramiz sözlər yazaraq onu təhdid edən həmkarı Ramiz Novruzun oğlu Cavidan Novruza cavab verib.
Publika.az xəbər verir ki, Ramiz Məlik ona “Atamı 3 illik tutduracaqmış… Mənim caynağımdan qurtula biləcəkdin? Səni yox edərdim!” deyən Cavidan Novruzla intriqaya girmək istəmədiyini deyib:
“Bu sözləri Ramiz Novruzun oğlu deyib, niyə belə yazdığını ondan soruşmaq lazımdır. Ümumiyyətlə, bu barədə heç nə danışmaq istəmirəm”.
Məlumat üçün bildirək ki, Cavidan Novruzu Ramiz Məlikin “Ramiz Novruzu 3 illik həbs etdirərdim, amma mən onu bağışladım” deməsi hiddətləndirib. Atasını müdafiə edən C.Novruz R.Məliklə bağlı fikirlərini sosial şəbəkədə paylaşıb.
O, instaqramda bunları yazıb: “Sən kimsən Ramiz Novruzu bağışlayasan? Hələ bir 3 illik həbs etdirəsən… Sən Ramiz Novruzu 3 illik tutdursaydın, onun oğulları səni yaşatmazdı. Ramiz Novruz səndən fərqli olaraq, nəvə-nəticə yiyəsidir, şərəflə hörmətini qoruyur. Bir ayağınız gorda ola-ola oturub yaşınıza uyğun olmayan şərhlər yazırsınız. Müdrik olmağı bacarmadınız. O teatrda sənin kimi bir-iki nəfər var ki, heç vaxt Ramiz Novruz, Fəxrəddin Manafov, Fuad Poladov, Rasim Balayev ola bilməyəcəksiniz. İşiniz teatrda insanların torbasını tikməkdir. Atamı 3 illik tutduracaqmış… Onun sonrasını düşün sən. Mənim caynağımdan qurtula biləcəkdin? Səni yox edərdim”.
Xatırladaq ki, hazırda Xalq artisti Məleykə Əsədova ilə məhkəməlik olan Ramiz Məlik 2015-ci ildə Xalq artisti Ramiz Novruzla dava etmiş və həmkarı barəsində polisə şikayət ərizəsi yazmışdı.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.