Bu gün vəzifədən azad edilən Vergilər naziri Fazil Məmmədovun 15-ci müşaviri cəmi 4 gün bu vəzifəni daşıya bildi.

Axar.az xəbər verir ki, eks-nazir F.Məmmədov noyabrın 30-da Vüqar İsmayılovu Azərbaycan Vergilər nazirinin vergi cinayətlərinin ilkin araşdırması məsələləri üzrə müşaviri təyin etmişdi.

Buna qədər V.İsmayılov Nazirliyin Daxili Təhlükəsizlik Departamentinin baş direktoru vəzifəsində işləyirdi.

Qeyd edək ki, Prezidentin sərəncamı ilə, Təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin edilib. Müşavirlər (məsləhətçilər) birbaşa nazirin özünə bağlı olduğu üçün, yeni nazirin yeni kadrlara ehtiyacı olacağı şübhəsizdir.