ABŞ-da təhsil alan azərbaycanlı qız sinif yoldaşları ilə Azərbaycan rəqsinə oynayıb.

BAKU.WS-in məlumatına görə, Gürcüstanda yaşayan əslən azərbaycanlı olan Aytən ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən FLEX proqramının tələbəsidir.

O, Amerikada eyni anda iki ölkəni təmsil edir. Kadrlardan göründüyü kimi amerikalı sinif yoldaşlarına azərbaycanın “Yallı” rəqsini öyrədir.

Aytənin sözlərinə görə, “Harada olmasına baxmayaraq, Azərbaycan onun daim ürəyindədir”.