Türkiyə polisinə ABŞ-ın azərbaycanlı iş adamı Rza Zərraba aid naməlum şikayət zəngi daxil olub.
Publika.az xəbər verir ki, adının açıqlanmasını istəməyən bir şəxs polisə zəng edərək Rza Zərrabın istintaqını aparan hakimlərə vermək üçün istədiyi diskin yerini söyləyib. O şəxs həmin diskin Zərrabın idarə heyətinin üzvü olduğu “Roysar Holdinq”ə aid olduğunu qeyd edib.
Şikayət zəngini edən şəxs Rza Zərrabın sağ qolu Rəqayib Akolla birlikdə işlədiyini deyib:
“Uzun müddətdir yanlarında işlədiyim Rəqayib Akol və dostları Mustafa Hacısəlimoğlu ilə Sinəm Arslan FETÖ-çüdür. Bu adamlara vəzifədən uzaqlaşdırılan polislər daimi olaraq sənədlər gətirirlər. Onlar da həmin sənədləri alıb ABŞ-a aparır”.
Şikayət zəngindən sonra məhkəmə qərarı ilə Akol, Hacısəlimoğlu və Arslan izlənilib. Hər 3 şəxsin ABŞ-la sıx əlaqələri olduğu bildirilib. 3 gün öncə İstanbul Respublika Ali Məhkəməsinin təlimatı əsasında əməliyyat keçirilib və Rza Zərrabın ABŞ-a göndərilməsini istədiyi disk ələ keçirilib.
FETÖ terror təşkilatı ilə bağlatısı olmadığını deyən Hacısəlimoğlu isə bütün iddiaları təkzib edib. O, sənədlərin olduğu diskləri kimsəyə göndərməyəcəyini deyib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.