Avropa İttifaqına daxil olan Baltika ölkələri alkoqol istehlakına görə tərtib edilən siyahıya liderlik edir. Publika.az xəbər verir ki, statistikaya görə, 2016-cı il ərzində avropalılar alkoqollu içkilərə təqribən 130 milyard avro pul xərcləyib.
Onlardan 0,9%-i isə Avropa Birliyinin üzvüdür. Spirtli içkilərin istehlak xərclərinə görə, ortalama pay 1,6 faizlə orta Avropanın hesabına düşür. Ən çox alkoqollu içki istifadəçiləri Baltik ölkələri olub. Reytinq cədvəlinə isə Estoniya liderlik edir. Ötən il əhalinin 5,6%-i aylıq xərcinin yarısını alkoqola xərcləyib. 4,8% və 4,2% göstəricilərlə siyahıda müvafiq olaraq Latviya və Litva gəlir. Polşa və Çexiya isə siyahıda 4-cü və 5-ci yerləri bölüşdürürlər. Ölkə əhalisinin alkoqollu içkilərə xərclədiyi pul orta hesabla 3,6%-dir. Alkoqollu içkiyə ən az pul xərcləyən ölkə isə İspaniyadır. İspan əhalisinin sadəcə 0,9 faizi spirtli içki aludəçisidir.