Yəmənin sabiq prezidenti Əli Abdulla Salehin ölümü ölkədə onsuz da çətin olan siyasi vəziyyəti olduqca ağırlaşdırır”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçmiş dövlət başçısının üsyançı husilər tərəfindən öldürülməsi xəbərini şərh edərkən deyib.
“Bu, şübhəsiz ki, onsuz da çətin siyasi vəziyyəti olduqca ağırlaşdırır”, – deyə Düjarrik bildirib.
Onun sözlərinə görə, BMT sabiq prezidentin ölüm xəbərini müstəqil şəkildə təsdiq edə bilməz, lakin bununla bağlı məlumatlardan və Salehin başçılıq etdiyi Ümumxalq Konqresinin bəyanatından xəbərdar olduqlarını əlavə edib.