Bu gün Salyan rayonu Sarvan kəndi ərazisində mikroavtobusla “Pajero” markalı minik avtomobili toqquşub.
APA-nın yerli bürosunun verdiyi məlumata görə, qəza nəticəsində xəsarət alanlar var.
mikroavtobusla “Pajero” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ağır və orta ağır dərəcəli xəsarət alıb.
Qəza nəticəsində 1964-cü il təvəllüdlü Lənkəran sakini Rəhimova Kükəb Həbib qızı, 1968-ci il təvəllüdlü Biləsuvar sakini Qasımova Maral İnşaallah qızı, Masallı rayon Qızılağac kənd sakini 1960-cı il təvəllüdlü Əhmədov Elşən Siyasət oğlu orta ağır dərəcəli xəsarət alıblar.
Qəzada xəsarət alan Qızılağac sakini 1963-cü il təvəllüdlü Əhədova Rahilə Ulduz qızının vəziyyəti isə ağırdır. Qəzada yüngül xəsarət alan digər 4 nəfərə ambulator yardım göstərilib.