Avstraliyanın paytaxtı Sidneydə 34 yaşlı qadın müəllim 17 yaşlı şagirdi ilə dəfələrlə cinsi əlaqəyə girib və ona intim məzmunlu mesajlar göndərib.
Publika.az xəbər verir ki, müəllim evli olmasına baxmayaraq, şagirdi ilə aylarla birlikdə olub və məktəbin sinif otaqlarında, zirzəmisində görüşüb cinsi əlaqəyə girib.
Müəllim bu hərəkətinə şagirdinin yalnız və bədbəxt olması ilə bəraət qazandırıb.
Məhkəmə qarşısında ağlayaraq ifadə verən müəllim uşaq ikən özünün də yalnız olduğunu və buna görə şagirdinin də yalnız qalmasını istəmədiyini bildirib.