Qeyri-sabit hava şəraiti ilə əlaqədar Moskva aeroportlarında 100-dən çox aviareys təxirə salınıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, “Domodedovo” aeroportunda 21, “Şeremetyevo”da 77, “Vnukovo”da 5 uçuş təxirə salınıb. Ümumilikdə 38 uçuş isə ləğv edilib.
Sinoptiklər Moskvada güclü külək və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Bu arada məlum olub ki, Bakıda 23:30-da enişi gözlənilən Moskva (Vnukovo)-Bakı (J2 810) aviareysini yerinə yetirən təyyarə yubanır. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanında deyiblər.
“Təyyarə gecikmə ilə yola düşüb və 01:05-də Bakıda enəcək. Moskvadan digər reyslərin yubanması ilə bağlı heç bir rəsmi məlumat yoxdur”, – deyə hava limanında bildiriblər.