NASA 2020-ci illə bağlı görüləcək plan layihəsi haqqında özünün rəsmi səhifəsində məlumat yerləşdirib.
Publika.az xəbər verir ki, kosmosda yadplanetlilərin yaşayış tərzini, mövcudluğunu və Yer kürəsinə gələ bilmə ehtimalını araşdıracaq mütəxəssislər xüsusilə diqqəti “Qırmızı Planetə” – Marsa yönəldəcəklər.
Planetin istilik dərəcəsini nəzərə alaraq burada yadplanetlilərin faiz nisbətində həyat faktorları müşahidə ediləcək.
Missiyanın rəhbəri alim Ken Farley bu barədə “Mars 2020” adlı layihə çərçivəsində tədqiqatlar aparacağını deyib:
“Biz bu günə qədər Qırmızı Planetin atmosfer qatını öyrənməyə çalışırdıq. Bu layihə çərçivəsində yeni texnologiyalar vasitəsilə mikrobik həyat formalarını araşdıracayıq”.
2012-ci ildə Marsa enən “Curiosity” kosmik gəmisindən sonra 2020-ci il üçün kosmosa daha bir kosmik cihazın göndərilməsi planlaşdırılır.
Yeni cihaz hazırda “Curiosity” kosmik gəmisinin daxil ola bilməyəcəyi sahələrə rahatlıqla daxil olacaq.

 

NASA-nın 2020-ci il PLANI - Yadplanetlilərin Yer kürəsinə gəlmə ehtimalı... - FOTO

Загрузка...