İstanbulda iki qrup arasında atışma baş verib.
Musavat.com-un məlumatın görə, atışma nəticəsində 5 nəfər yaralanıb. Hadisə Bağcılar rayonunun Fevzi Çakmak məhəlləsində, orta məktəbin qarşısında baş verib. Yaralananlardan birinin məktəbdən çıxıb evə gedən şagird olduğu qeyd edilir. Məlumata görə, əvvəlcədən aralarında dava olan iki qrup məktəbin qarşısında rastlaşıb. Bu zaman hər iki qrup silahlarını çıxararq bir-birinə atəş açmağa başlayıblar.
Hadisə yerinə təcili yardım maşınları və polislər cəlb olunub. Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırma başladılıb.