Sabiq Xorvat müdafiə şurasının rəhbəri Slobodan Pralyak Haaqada Beynəlxalq Tribunalın apellyasiya komissiyasının keçmiş Yuqoslaviya üzrə iclasında zəhərli maddəni qəbul etdikdən sonra keçinib.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Xorvatiyanın baş naziri Andrey Plenkoviç bildirib.
***
Haaqada Beynəlxalq Tribunalın apellyasiya komissiyasının keçmiş Yuqoslaviya üzrə iclasında xorvatiyalı general Slobodan Pralyaka məhkəmə qərarına etiraz olaraq zəhər içib.
Məhkəmə onu 20 il həbs cəzasına məhkum edib.
Bu səbəbdən məhkəmə prosesinə son verilib.
Qeyd edək ki, S. Pralyak 2013-cü ildə hərbi cinayətlərə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.