ABŞ dünyanın bütün ölkələrini Şimali Koreyadakı səfirlərini geri çağırmağa səsləyib.
“Report” xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib. “Bütün ölkələr KXDR-ə qarşı iqtisadi və diplomatik təzyiqləri gücləndirməlidir”, – deyə RİA “Novosti” onun sözlərini sitat gətirib.
O, həmçinin bütün ölkələri əmək haqları “raket proqramları üçün istifadə olunan” Şimali Koreya miqrantlarını öz ərazisindən xaric etməyə çağırıb.