Türkiyə Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Bəhreynin Müsəlman Alimlər Birliyi ilə bağlı bəyanatına reaksiya verib.
Axar.az xəbər verir ki, XİN-nin açıqlamasında sözügedən dövlətlərin Alimlər Birliyi ilə bağlı bəyanatının təəssüflə qarşılandığı bildirilib.
“4 dövlətin bəyanatında Müsəlman Alimlər Birliyinin “terror qruplaşması” adlandırılması bizdə böyük təəssüf hissi doğurdu. Bu addım yalnız islam əleyhinə olan dairələrə xidmət edir. Ümid edirik ki, bu qərardan tez bir zamanda imtina edilər”, – açıqlamada bildirilib.