Cənubi koreyalı alimlər saç artımına maneə törədən iki zülal qrupunu müəyyən ediblər.

Axar.az xəbər verir ki, alimlərin araşdırması “Journal of Investigative Dermatology” jurnalında nəşr olunub.

Kliniki müşahidələr zamanı Yonsey Universitetinin mütəxəssisləri saçlarını itirən insanların toxumasında artmış miqdarda CXXC5 zülalı müşahidə ediblər. Bu zülalın DSH zülalı ilə birləşməsi zamanı saç foliküllərinin bərpasına maneə yaradırlar.

Tədqiqatçılar iki zülalın birləşməsini bloklayan və yeni saçların artımını stimullaşdıran bir dərman hazırlamağa müvəffəq olublar. Aparılmış təcrübələr göstərir ki, terapiyanın başlamasından 28 gün sonra artıq əhəmiyyətli dəyişikliklər baş verib. Lakin ekspertlər dərmanın tam effektiv nəticə verməsi üçün üzərində bir az da işləməyin vacibliyini vurğulayıblar.