Hindistanlı aktrisa Deepika Padukone və rejissor Sanjay Leela Bhansalinin başına 1.5 milyon dollar pul mükafatı qoyulub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın hakim partiyasının (“Bharatiya Janata Party”) üzvü Surajpal Singh Amu məlumat verib.
Buna səbəb isə tanınmış aktrisanın çəkildiyi “Padmavati” adlı filmdir.

Siyasətçi bu filmin Hindistan dəyərlərinə hörmətsizlik olduğunu bildirib: “Onların başını gətirənlərə pul mükafatından başqa ailələrinə də ömür boyu yaxşı baxılacaq”.

Qeyd edək ki, film XIV əsrdə yaşayan hind kraliçası Rani Padminin işğalçı Alauddin Khilji ilə yaşadığı sevgidən bəhs edir.

Hindistanlı aktrisa və rejissorun başına 1.5 milyon dollar pul mükafatı qoyulub
Hindistanlı aktrisa və rejissorun başına 1.5 milyon dollar pul mükafatı qoyulub