“İşə götürmək üçün aparıcı ilə müsahibə edəndə onlara verdiyim sualı sizə desəm, şoka düşəcəksiniz. Soruşurdum “bakirəsən, ya yox?”

BAKU.WS-in məlumatına görə, bunu Lider TV-də yayımlanan “Status” verilişində prodüser Zaur Kazımov deyib.

O bildirib ki, əgər müsahibim “Bakirəyəm” deyirdisə, cavabım mənfi olurdu.

“Cavab verirdim ki, bağışla, səninlə işləyə bilmərəm. Aparıcı olmaq istəyən adam evlənməli, boşanmalı, övlad sahibi olmalıdır. Ən azı 15 ölkədə gəzməlidir, görməlidir. Aparıcı hər şeyi görməlidir”, – deyə Zaur Kazımov bildirib.