Suriyanın Əbu Kamal şəhərini birlikdə terrorçulardan azad edən Suriyanın hökumət qüvvələri ilə İraq qüvvələri sərhəddə birləşib.
Axar.az xəbər verir ki, Haşdi Şabi İran sərhədindən İŞİD-i atəşə tutaraq İraq-Suriya sərhədini keçməsinə əngəl olub.
Qeyd edilir ki, İraq ordusu da Əbu Kamalın İŞİD-dən azad olunmasında müstəsna rol oynayıb. İki ölkənin qoşunlarının sərhəddə birləşməsi və bir-birini təbrik etməsinin görüntüləri də yayılıb.
Həmin görüntüləri təqdim edirik: