“Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Orta Şərqdə sülhün gəlməsi məsələsini müzakirə edəcəyik”.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

Danışıq ABŞ prezidentinin təşəbbüsü ilə reallaşacaq.

“ABŞ-ın Yaxın Şərqə daxil olması qərarı əvvəldən səhv addım idi. Bu trilyonlarla dollar və çoxlu sayda insan itkisinə səbəb oldu”, – deyə Donald Tramp vurğulayıb.