Paytaxtda həm turistlərin, həm də yerli sakinlərin istarhət edə biləcəyi yeni mərkəzlər salınacaq. Yeni mərkəzlər hamının ”Tarqovı” kimi tanıdığı Nizami küçəsinin oxşarı olacaq. Buna səbəb hazır ki, Nizami küçəsinə maraqın böyük olmasıdır. Bəs görəsən yeni gəzinti məkanları şəhərin hansı ərazilərində qurulacaq?

Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadənin sözlərinə görə, ötən il turistlərin sayında 12%-ə qədər artım qeydə alınıb. Yol xəritəsi bütün turizm sənayesi iştirakçılarının qarşısına turist sayını 2016-cı illə müqayisədə 2020-ci ildə 2 dəfə artırmağı tapşırıq kimi qoyub. Bakının əhalisini nəzərə alsaq, bu, 15 milyon insan deməkdir. Bu səbəblə də hətta 3-cü gəzinti küçəsinin yaradılması planlaşdırılır.

Kənan Quluzadənin deyib ki, Mərkəzi Univermağın yaxınlığında, Nizami küçəsinə aparan yolda yerləşən binaların tarixi əhəmiyyəti böyükdür. Layihəyə görə, gəzinti mərkəzləri bilərəkdən hazırki Nizami küçəsinə yaxın salınacaq. Onun sözlərinə görə, turistlər İçərişəhərə yaxın olan ərazilərə daha çox maraq göstərirlər.

Qeyd edək ki, hazırda müzakirələr gedir. İşlərə nə vaxtdan başlanılacağı hələ ki, məlum deyil./Xəzərxəbər/