İşimiz işdir” layihəsi istedadlı şəxsləri təqdim etməkdə davam edir.

Bu dəfə sosial mediada səsi ilə insanların marağına səbəb olan azərbaycanlı bir fəhlədən – Elnur Əliyevdən danışacağıq.

Metbuat.az bildirir ki, Elnur Əliyev 1987-ci ildə Qərbi Azərbaycanda dünyaya gəlib. Orta təhsillidir və hazırda tikinti şirkətlərinin birində fəhlə işləyir. Səsinin yaxşı olmasına baxmayaraq, maddi çatışmazlıq səbəbilə musiqi təhsili ala bilməyib. Yaxın qohumlarının şad günlərində və fəhlə kimi işlədiyi tikinti obyektlərində oxuya bilib. O, dəyərli incəsənət xadimlərindən dərs almaq istədiyini bildirir.

Azərbaycanlı çoban Pərvin Səfərovun sosial şəbkədə yayılan videosundan sonra Türkiyə kanalarından birində yayımlanan “O səs Türkiyə” yarışmasına dəvət alması Elnuru daha da həvəsləndirib. Elnur təklif olarsa, istedadını sərgiləmək üçün Türkiyə getmək istədiyini bildirir.

O, ən böyük arzusunun Azərbaycan Milli Konservatoriyanı bitirmək olduğunu deyir.

Elnur Əliyevdən hazırlanan reportajı təqdim edirik: