Загрузка...

Tanınmış reper Anar Nağılbazın ikinci dəfə evlənmə xəbərini sənətçinin birinci həyat yoldaşı sərt reaksiya ilə qarşılayıb.

Reperin keçmiş xanımı axşam.az saytına açıqlama verərək, Anar Nağılbazla bağlı bir çox gizlin məqamlara toxunaraq, onu biabir edib. O, reperdən ayrıldıqdan sonra Nağılbazın uşaqlarına baxmadığını, onları evsiz-eşiksiz qoyduğunu bildirib:

“Kirayədə qalırıq, ev pulunu vermir. Əvvəl atalıq eləsin, uşaqlarına ev qursun, sahib çıxsın, sonra gedib kiminsə xanımını gətirib bədbəxt eləsin”.

Sözügedən ittiham ilə bağlı Yenicag.az-a açıqlama verən reper keçmiş həyat yoldaşının sözlərini cəfəngiyyat adlandırıb və onu yalan danışmaqda günahlandırıb:

“Yalan söhbətdir. Keçmiş həyat yoldaşım işləyir, 800-1000 manat alır. Mən uşaqlarıma lazım olan qədər pul verirəm və onlar üçün bacardığımı edirəm. O xanımın üç bacısı, bir qardaşı da var. Özünü biabır etməsin. Onun cibində heç kimin bir ayda qazanmadığı pul olur. Çalışsın, uşaqlar üçün verdiyim pulları bahalı butiklərə xərcləməsin. Uşaqlar 4 gündür yanımdadır, geyimlərinə qədər almışam, əyləncə mərkəzlərinə də aparmışam. Boşboğazlıq etməsin”.

Nağılbaz uşaqları ilə bir yerdə olduğunu sübut etmək üçün saytımıza görüntü də təqdim edib: