Dağıstanlı milyarder-oliqarx, Rusiya Federasiya Şurasının üzvü Süleyman Kərimovun Fransada on milyonlarla avro vergi maxinasiyasında şübhəli bilindiyi məlum olub. Virtualaz.org xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti yazır.

Qəzetin yazdığına görə milyarder Kərimov bu maxinasiyanı Fransanın Lacivərdi sahillərində bir neçə villa alarkən “mütəşəkkil cinayətkar qruplaşma”nın köməyi ilə həyata keçirib. Vergi maxinasiyalarını araşdıran hakim müəyyən edib ki, Kərimov vasitəçilər və şirkətlərdən ibarət system qurub, bunun köməyi ilə Lacivərdi sahillərdə bir neçə daşınmaz əmlak alıb. Bu mülklərdən biri rusiyalı oliqarxlar arasında populyar olan Antib burnunda yerləşir.

Sövdələşmə zamanı daşınmaz əmlakın qiyməti vergini gizlətmək üçün həddən artıq aşağı göstərilib və real bazar dəyərini əks etdirməyib.

Milyarder Kərimovun həbsi: Avropada mülk alan oliqarxlar üçün real təhlükə

Süleyman Kərimov bazar ertəsi şəxsi təyyarəsi ilə Nittsa aerportuna enərkən saxlanılıb. Kreml onun həbsdən buraxılması üçün bütün mümkün cəhdləri edir. Rusiya XİN bəyan edir ki Federasiya Şurasının üzvü digər dövlətlərin ərazisində “məcburi hərəkətlərdən” immunitetə malik olan rəsmi şəxslər siyahısındadır. Bu səbəbdən onun saxlanılması diplomatik toxunulmazlığa ziddir.

Lakin Kərimov Fransaya diplomatic pasportla getməyib, onun səfəri “şəxsi xarakter” daşıyıb. Federasiya Şurasının üzvləri diplomatik pasportla təmin olunurlar, lakin həmin pasportlar senatorlara ancaq rəsmi səfərlərə gedərkən verilir. Bu baxımdan oliqarxın Fransada diplomatic toxunulmazlığq statusuna malik olub-olmadığı açıq qalır.

Milyarder Kərimovun həbsi: Avropada mülk alan oliqarxlar üçün real təhlükə

Fransa XİN bildirib ki, Kərimovun diplomatic immuniteti məsələsi Ədliyyə Nazirliyi tərəfindən həll ediləcək. Eyni zamanda nazirlik xatırladıb ki, rusiyalı senatorun diplomatic toxunulmazlığı ancaq onun rəsmi şəxs kimi səfərləri zamanı qüvvədə ola bilər.

Süleyman Kərimovunun saxlanılmasından sonra onun aktivləri dəyərdən düşüb,”Forbes”in hesablamasına görə oliqarx 117 milyon dollar itirib. Onun sərvətlərinin hazırkı dəyəri 6.7 milyard dollardır.

Oliqarxın təkcə Antib burnunda yan-yana dörd villa aldığı bildirilir. Bu villaların ümumi sahəsi 12 min kvadratmetrdir. Fransa KİV-lərinin xəbərlərinə görə bu ilin fevral ayında polis villalarda axtarış aparmışdı. Kərimovun Lacivərdi sahillərdəki villalarının ümumi sahəsi 90 min kvadratmetrdir. Sənədlərə əsasən həmin mülklərin sahibi isveçrəli maliyyəçi Aleksandr Ştudhalterdir. Lakin hüquq-mühafizə orqanları şübhələnir ki, Ştudhalter sadəcə olaraq mülklərin əsl sahibinin kimliyini gizlətmək üçün istifadə olunur.

Milyarder Kərimovun həbsi: Avropada mülk alan oliqarxlar üçün real təhlükə

Kərimov 2008-ci ildən senatordur, o, “Nafta Moskva” və “Polyus Zoloto” şirkətlərinin sahibidir. Bu nüfuzlu rusiyalı oliqarxın Fransada həbsi misli görünməmiş presedentdir və digər rusiyalı oliqarxlar üçün azad şəkildə Avropa paytaxtlarını dolaşmağın nə dərəcədə təhlükəli olduğunu göstərir. Çünki Rusiyadan və bir çox keçmiş sovet respublikalarından olan oliqarxların hamısının Avropanın ən bahalı şəhərlərində, o cümlədən Lacivərdi sahillərdə mülkləri var. Bu mülklərin alınması üçün əksər hallarda offşor şirkətlərdən və benefisiarlardan istifadə olunub. İstisna deyil ki, keçmiş sovet respublikalarından olan oliqarxların çirkli pullarını yumaq üçün Avropa paytaxtlarında, dəbdəbəli kurort bölgələrində aldığı mülklərlə bağlı təhqiqat sonuncu olmayacaq…

Virtualaz.org

*   *   *

Fransada saxlanılmış rusiyalı senator Süleyman Kərimov Nitsa şəhərinin məhkəməsinə gətirilib. Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, o, məhkəmə müstəntiqi ilə söhbət edib.

Prokuror Jan-Mişel Pretr bildirib ki, bu bir neçə saat davam edə bilər. “Dəqiq nə qədər davam edəcəyini heç kim bilmir. Məhkəmə müstəntiqi Kərimova ittihamın irəli sürülüb-sürülməyəcəyi barədə qərar qəbul etməlidir. Buna müvafiq olaraq, hakim qərar qəbul edəcək”, – prokuror qeyd edib.

Onun sözlərinə görə, Kərimovu həbs edə, eyni zamanda sərbəst də buraxa bilərlər. Lakin bu halda müəyyən şərt qoyulacaq – məsələn, ölkəni tərk etməmək şərtilə.