Sosial medianın nəhəng proqramlarından “Feysbuk”un gizlilik səlahiyyətlərini daşıyan keçmiş idarəçisi Sandi Parakilas proqramın sirləri haqqında danışıb.
Publika.az xəbər verir ki, Sandi “Feysbuk”un üzv bilgilərinin istifadəsi mövzusunda qoruyucu siyasətinin olmadığını və bu vəziyyətin reklam verənlərə əlverişli şərait yaratdığını bildirib. Sandi sosial media nəhənginin istifadəçilərin təhlükəsizliyindən daha çox reklam yerləşdirənlər üçün informasiya toplamaqda maraqlı olduğunu açıqlayıb.
Keçmiş idarəçi “Feysbuk”un qurucusu Mark Zukerberqin media mövzusunda çürükçü olduğunu və yalnız neqativ xəbərlər yayıldığı zaman isifadəçilərin bilgilərini qoruduğunu deyib.
S.Parakilas bu mövzuda ABŞ rəhbərliyinə müraciət etsə də, Vaşinqtonun “Feysbuk” mövzusundakı mühafizəkar mövqeyi onun müraciətini boşa çıxarıb.
“Feysbuk” isə iddiaları təkzib edib.
Qeyd edək ki, “Feysbuk” illik reklam satışlarından 27,6 milyard dollar gəlir əldə edir. “Forbes” iqtisadiyyat dərgisi bu gəlirlərin Mark Zukerberqin dünyanın 5-ci varlı insanı olmasında böyük payı olduğunu yazıb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.