Загрузка...

 

Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bildirib ki, onu Gürcüstana ekstradisiya edərlərsə, Ukrayna prezidenti Pyotr Poroşenkonun “başı ağrıyacaq”.

Virtualaz.org “Ukrainskiye novosti”yə istinadən xəbər verir ki, Saakaşvili təşkil etdiyi mətbuat konfransında deyib: “Məni Gürcüstana göndərsələr, sizi əmin edirəm ki, tezliklə azadlıqda olacağam, Poroşenko isə buna görə cavab verməli olacaq. O özü də bunu bilir, Gürcüstan hakimiyyəti də bilir. Gürcüstan hakimiyyəti məni həbsxanada saxlayacaq dərəcədə güclü olsaydı, bunu çoxdan etmişdi”.

Bundan əlavə, Saakaşvili Ukrayna hökumətinə başçılıq etməyə hazırlığını ifadə edib. Onun sözlərinə görə, heç vaxt bu cür iddiaları olmayıb, amma indi vəziyyət dəyişib.

“Söhbət ondan gedir ki, vəziyyəti xilas etmək lazımdır. Əsas məqsədim özümə vəzifə qazanmaq deyil, hakimiyyətə ukraynalıların yeni nəslini gətirmək, siyasi sinfi dəyişməkdir”, – Saakaşvili deyib.