İraq-İran sərhədində baş verən zəlzələdən dərhal sonra Türkiyə bizə yardım etdi. Buna görə təşəkkür edirik.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İraq Kürd Muxtariyyətinin Baş naziri Nəçirvan Bərzani çıxış edib.
“Türkiyə zəlzələ baş verən andan bizə kömək göndərdi və Prezident aparatından bizi xəbərdar etdilər. Bunu təqdir edir və özlərinə bir daha təşəkkür edirik. Əgər Türkiyəni ziyarət etmək imkanı olarsa, bundan qətiyyən çox məmnun qalarıq. Onları da burada görmək istərdik”, – Bərzani vurğulayıb.