Rus fotomodel Anna Lisovskaya onu zorlayan milyonçu gənc Aleksandr Şarıqonun yenidən onu izləməsi ilə bağlı polisə şikayət edib.
AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, model Şarıqonun sosial şəbəkədə ona intim yaxınlıq etməsini deyir.
Qız şikayətində həmçinin yaşadığı mənzilin qapısının onun tərəfindən sındırıldığını qeyd edib.
Qeyd edək ki, ötən ilin yanvarında modelin Şarıqo tərəfindən zorlanması işi naməlum səbəblərdən bağlı qalıb.
Qızın dediyinə görə, Şarıqonun atası məsul vəzifədə olduğundan müstəntiqlərlə əlbirdir.