Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov öz Telegram-kanalında Urus-Martan rayonunda iki döyüşçünün məhv edilməsi haqda danışıb.
Virtualaz.org-un məlumatına görə, R.Kadırov deyib: “Onların məqsədi polis əməkdaşlarını güllələmək, sonrakı daha rezonanslı cinayətlər üçün atıcı silahlar və döyüş komplektləri ələ keçirmək idi. Onlardan biri qonşu region sakini, 1981-ci il təvəllüdlü Əhməd Çaxkiyev, onun cinayət ortağı isə Altay diyarının sakini, 1986-cı il təvəllüdlü Adəm Susaev idi”.
Respublika rəhbərinin sözlərinə görə, quldurlar neytrallaşdırılıb, şəxsi heyət arasında qurban yoxdur.
Qeyd edək ki, bir az əvvəl Rusiya Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikası üzrə İdarəsinin mətbuat xidməti Urus-Martan rayonunda iki nəfərin polis postuna hücum etməsi və cavab tədbirləri ilə öldürüldükləri barədə xəbər yaymışdı.