Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Rizə, Gümüşhane və Bayburt səfərində müşayiət edən mühafizəçilərini daşıyan maşın qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, Girəsunun Görelə bölgəsində baş verən qəzada 4 nəfərin ciddi xəsarət aldığı bildirilib.

Məlumata görə, qarşıdan gələn avtomobillə toqquşan maşındakı yaralı mühafizəçiləri, polisləri Görelə bələdiyyəsinin xilasediciləri və yaxınlıqdakı insanlar xilas edib.

Yaralılar Görelə dövlət xəstəxanasına aparılıb.