Yevlax rayonunda dəhşətli intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, Bakı-Qazax magistralının 321-ci kilometrliyində, Yevlax rayonu ərazisində 60-65 yaşlı kişi özünü hərəkətdə olan “Toyota” markalı, 99 FV 660 dövlət nömrə nişanlı avtomobilin altına atıb. O, hadisə yerində vəfat edib.
İlkin araşdırmalar zamanı ölən şəxsin 1952-ci il təvəllüdlü Hüseynov Tofiq Abdulhüseyn oğlu olduğu müəyyən edilib. “Toyota”nın sürücüsü bildirib ki, həmin şəxs qəfil yola çıxıb və sürətlə hərəkətdə olan avtomobili qəzadan yayındıra bilməyib.
Faktla bağlı araşdırma aparılır.