Fransanın Sarsel şəhərində polis 3 nəfəri güllələyərək qətlə yetirib, 3 nəfəri isə yaralayıb.
Publika.az “TASS”a istinadən verdiyi məlumata görə, yaralananlar polisin sevgilisi, onun anası və bacısı olub, ölənlər isə sevgilisinin atası və qonşuluqda yaşayan 2 nəfər. Daha sonra polis əməkdaşı intihar edib.
Məlumata əsasən, hadisəyə səbəb polisin sevgilisinin bir müddət əvvəl ondan ayrıldığını bildirməsi olub.
Fransada polislərin silahlarını özləri ilə evə aparmasına 2015-ci ildə baş verən terror aktlarından sonra icazə verilib. Fransada bu il hüquq-mühafizə orqanları əməkdaşları arasında intihar halları artıb. 2017-ci il ərzində 46 polis əməkdaşı və 16 jandarm intihar edib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.