İspaniyada dərc olunan “Marca” qəzeti təəccüb doğuran bir iddia yayımlayıb.
Publika.az xəbər verir ki, qəzet ulduz futbolçu Neymarın “Barselona”dan PSJ-yə transferinin əslində onun deyil, atasının istəyi olduğunu iddia edib.
Neymar PSJ-yə getməmək üçün “Barselona”nın prezidenti Josef Maria Bartomeuya ağlayaraq yalvarıb. Ancaq futbolçunun atası onun transfer edilməsinə israr edib. Neymar da məhz atasının təkidi ilə “Barselona”nı tərk edib.
Qeyd edək ki, bir müddət öncə ulduz futbolçu PSJ-nin əsas heyətində yer almamaq fürsətindən istifadə edərək “Barselona”nın məşq düşərgəsini ziyarət etmiş və keçmiş dostları ilə zaman keçirmişdi. Onun bu hərəkəti müxtəlif formada yozulmuşdu. Onlar Neymarın “Barselona” üçün darıxdığını və Parisdə xoşbəxt olmadığını bildirmişdi.