Загрузка...

Rusiyanın Tümen vilayətində qanunsuz yolla ölkə ərazisinə daxil olmuş Azərbaycan vətəndaşı saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Bürosunun Kurqan və Tümen vilayətləri üzrə Sərhəd İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bir il əvvəl federal axtarışa verilən və hüquq-mühafizə orqanlarından qaçaraq Tümendə gizlənən Azərbaycan vətəndaşı noyabrın 9-da aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Saxlanılan zaman müqavimət göstərməyə çalışan şəxsə qarşı “Rusiyanın dövlət sərhədlərinin qanunsuz olaraq keçmək” maddəsi üzrə cinayət işi açılıb.