İranlı Olimpiya çempionu Kianouş Rüstəmi ölkəsində baş verən 7,3 bal gücündəki zəlzələdən sonra xalqına dəstək olmaq üçün qızıl medalını hərraca çıxarıb.
Publika.az xəbər verir ki, “Rio 2016” çempionluğunda yarışan atlet bu təşəbbüsünü instaqram vasitəsilə bildirib.
O, zəlzələdən ən çox təsirlənən Kirmanşahda özünün də evinin olduğunu xatırladıb və “Rio 2016-da qazandığım qızıl medalı əsl sahiblərinə – xalqıma geri qaytarıram. Hərracdan əldə ediləcək gəlirlərin hamısı zəlzələdən əziyyət çəkən insanlara yardım üçün istifadə ediləcək” şərhini yazıb.
İdmançının bu təşəbbüsü sosial mediada geniş maraq doğurub. Atıcılıq üzrə çempion olan Sara Cavanmardi də kampaniyaya qaşularaq öz medallarını satışa çıxarıb.
Qeyd edək ki, ötən günlərdə İran-İraq sərhədində baş verən zəlzələ zamanı 530 nəfər həlak olub, 8000-dən çox insan yaralanıb. Minlərlə insan isə evsiz qalıb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.