Rusiyanın paytaxtı Moskvanın şimal-şərqində yaşayış evlərinin birinin həyətindən 17 yaşlı tələbə qızın meyiti tapılıb.
AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, qız həmin günü meyitinin tapıldığı yaşayış evinin mənzillərinin birində ziyafətdə olub.
18 mərtəbəli evin 10-cu mərtəbəsindən özünü atan qızı görən şahidlər onun həyatını xilas etməyə çalışıblar. Lakin bu, bir nəticə verməyib.
Məlumata görə, binanın 12-ci mərtəbəsində təşkil edilən ziyafətdə qız huşunu itirənə qədər spirtli içki qəbul edib.
Dinanın içkinin təsirindən hətta ürəyi də bulanıb. Bir qədər sonra huşunu itirərək il yarım əvvəl ayrıldığı sevgilisinin adını çəkib. Rəfiqəsi deyib ki, qız bu ayrılıqdan sonra özünə gəlməmişdi.