QOÇ – Müntəzəm surətdə təmasda olduğunuz adamların obyektiv rəyləri ilə hesablaşmağa çalışın. Məsləhət almaq ayıb iş deyil. Axşam saatları qazanmaq üçün çox səmərəlidir.
BUĞA – Əsas diqqətinizi fəaliyyət istiqamətinə yönəldin. Qarşılıqlı münasibətlərdə, alış-veriş məsələlərində isə hansısa müvəffəqiyyət gözlənilmir. Bu gün doğmalarınıza da baş çəkin.
ƏKİZLƏR – Əvvəlki günlərdən fərqli olaraq bu ərəfədə rahatlıq əldə edəcəksiniz. Hər hansı konflikt gözlənilmir. Sağlamlıqla bağlı narahatçılığınız da kifayət qədər səngiyəcək.
XƏRÇƏNG – Maraqlı görüşlər yolunuzu gözləyir. Güman ki, sizi böhranlı vəziyyətdən çıxara bilən insanlarla qarşılaşacaqsınız. Amma belə məqamlarda təmkinli olun ki, sonda gülə biləsiniz.
ŞİR – İstəklərinizi reallaşdırmaq istiqamətində tənbəllik edirsiniz. Çünki sizə lazım olan bütün gedişləri bildiyiniz halda fəaliyyət göstərmirsiniz. Heç olmasa, saat 12-dən aktiv olun.
QIZ – Yersiz risk etməyə lüzum yoxdur. Müdriklik göstərin. Əgər haqlısınızsa, bunu gec-tez hamı biləcək. Saat 15-dən sonra şəxsi zəmində gözlənilən hər hansı münaqişədən əl çəkin.
TƏRƏZİ – İşgüzar və riskli sövdələşmələrdə iştirakınızı təxirə salmağa çalışın. Çünki ixtiyarınızda olan bu təqvim deyilən məsələlər üçün o qədər də önəmli deyil. Açıq havada çox gəzinməyin.
ƏQRƏB – Ziyarətgahlara baş çəkmək rahatlığınızı artıracaq. Əks halda qeyri-ciddi adamların xoşagəlməz rəftarı ilə üzləşə bilərsiniz. Nahardan sonra işləriniz qaydasında getməlidir.
OXATAN – Günün ilk yarısında ümumi mənzərə gərgin olsa da, bunun qarşısını ala bilərsiniz. Bir az səbrli olun. Sonrakı müddətdə isə fəaliyyət zəminində böyük dönüşlər gözlənilir.
OĞLAQ – Çoxdan bəri donub qalmış planlarınızı dirçəltmək üçün bəzi şəxslərə müraciət etməyiniz böyük səmərə verə bilər. Qazanmaq şansınız olsa da, səhhətinizi də qoruyun.
SUTÖKƏN – Qarşıdakı günlər üçün nəzərdə tutduğunuz yeni ideyaları reallaşdırın ki, uğurlarınız daha da artsın. Səhhətinizə də diqqət yetirin. Axşam təmiz havada gəzinməyə çalışın.
BALIQLAR – İxtiyarınıza elə bir ərəfə verilib ki, yalnız öz gücünüzə güvənməlisiniz. Kənar müdaxilə və məsləhətlər o qədər də önəmli deyil. Ailə-sevgi münasibətlərinə fikir verin. Səfərə çıxmayın.