Загрузка...

Amsterdamdan uçuş zamanı Hollandiyanın Kral Hava yolları şirkətinə məxsus təyyarəni ildırım vurub.
Publika.az xəbər verir ki, hadisə Sxipxol hava limanında qeydə alınıb. İldırımın düşmə anı internetə yüklənib.
Sürətlə yayılan görüntülərdə, ildırımın təyyarənin sol qanadına düşdüyü aydın görünür. Hadisə nəticəsində təyyarədə olan sərnişinlər və ekipaj üzvləri zərər görməyib.
Anbaan görüntüləri təqdim edirik: