Bir qrup britaniyalı və norveçli mütəxəssis mədə-bağırsaq xəstəliklərinin, eləcə də xərçəngin qarşısının alınması üçün daha faydalı qidanı müəyyən edib.

Trend-in məlumatına görə, nar, qırmızı üzümün növləri, armud, göbələk, mərci, soya və yaşıl noxud mədə-bağırsaq xəstəliklərinin profilaktikası üçün çox effektivdir.

Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, bu qidalar autofagiyaya (hüceyrənin zərərli komponentləri həzm etməsi) müsbət təsir göstərir və orqanizmdə iltihab proseslərinin inkişaf etməsinin qarşısını alır.