Moskvanın Çerkizovo bazarının keçmiş sahibi Telman İsmayılovun qardaşı Vaqif İsmayılov beynəlxalq axtarışa verilib.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Məlumata görə, Moskvanın Basman məhkəməsi Vaqif İsmayılovun qiyabi həbsinə qərar verib. O, qətl və qanunsuz odlu silah saxlamaq maddələri ilə ittiham olunub.

Qeyd edək ki, ötən gün Telman İsmayılovun beynəlxalq axtarışa verilməsi barədə məlumat yayılıb.