Sosial şəbəkələrdə qısa müddətdə məşhurlaşan mahnı oxuyan çoban Pərvin Səfərov yeni ifasını paylaşıb.

BAKU.WS-in məlumatına görə, Səfərov sosial şəbəkədə ölməz sənətkarımız Rəşid Beybutovun ifa etdiyi “Sənə də qalmaz” mahnısını oxuyub.

Qeyd edək ki, qoyun otararkən mahnı oxuyan çobanın sosial şəbəkələrdən başlayan şöhrət yolu Milli Kanservatoriyadan keçdi. Sənətçilər qarşısında səhnəyə çıxan 32 yaşlı Pərvin Səfərov ilk olaraq onu məşhurlaşdıran “Gəl bizim dağlara” mahnısını ifa etdi.