Zəlzələdən sonra Türkiyə tərəfi bizimlə əlaqə saxlayaraq lazımi yardımları göndərməyə başladı.

Axar.az xəbər verir ki, bu sözləri İraq Kürd Muxtariyyətinin baş naziri Necirvan Bərzani deyib.

O bildirib ki, təbii fəlakətdən sonra Türkiyənin Ərbildəki diplomatik nümayəndəlikləri kürd rəsmiləri ilə əlaqə yaradaraq yardıma hazır olduqlarını bildirib:

“Dünən axşamdan etibarən İbrahim Xəlil sərhəd-keçid məntəqəsindən yardımlar göndərilməyə başlanılıb. Dar gündə Kürdüstana yardımçı oldular. Bu səbəbdən cənab Ərdoğana və Türkiyə Prezident Administrasiyasına təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, İraq-İran sərhədində baş verən dağıdıcı zəlzələ nəticəsində İranda 450 nəfər ölüb, 7 min yaralı var, İraqda isə ölənlərin sayı rəsmi məlumatda 11 nəfər göstərilib.