DÇ-2018-in final mərhələsinə düşə bilməyən İtaliya millisinin təcrübəli qolkiperi Canluici Buffon beynəlxalq karyerasını başa vurduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, İsveçlə oyundan (0:0) sonra müsahibə verərkən Cici göz yaşları içində millidən ayrıldığını deyib: “İtaliya millisini gənclərə həvalə edirəm. Perin və Donnarumma kimi gənc qapıçılar mənim yerimi layiqincə tutacaq. Sözsüz ki, İtaliya fubolunun gələcəyi işıqlıdır. Bartsalyi, Bonuççi, Kyellini və De Rossini bağrıma basıram. Onlarla 10 il bir yerdə oynamışıq”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.