TV 8-də yayımlanan “O səs Türkiyə” yarışmasının ötən gün yayımlanan buraxılışında Azərbaycan mahnısı səsləndirilib.

Axşam.az-ın məlumatına görə, Oğuzhan Özdemir adlı gənc “Yandırdın qəlbimi” mahnımızı oxuyub. Oğuzhanın ifasını münsiflər Yıldız Tilbe və Gökhan Özoğuz bəyənib.

Gökhan “İlk dəfədir bu əsəri burada səsləndiririk” deyə, bildirib.

Özdemir “Mahnı kimə aidir bilmirəm. Bir çox sənətçidən eşitdim” söyləyib.

Yıldız Tilbe isə onların səhvini düzəldərək onun Azərbaycan xalq mahnısı olduğunu deyib. Özdemir yarışmaya Yıldızın komandasında davam etmək istədiyini deyib.