“ASEAN”-nın 31-ci liderlər zirvəsinin açılış mərasimi zamanı ABŞ prezidenti Donald Tramp həmkarları ilə necə salamlaşacağını bilməyib.
Publika.az xəbər verir ki, Filippinin paytaxtı Manilada keçirilən mərasimdə 21 ölkənin dövlət və hökumət başçıları iştirak edib. Mərasimdə flippinli həmkarı Rodriqo Duterte ilə çiyin-çiyinə dayanan Tramp səmimi münasibətləri ilə də yadda qalıb.
Mərasimdə iştirak edən liderlər yan-yana düzülərək əllərini çarpaz şəkildə tutub yanlarında dayanan həmkarlarının əlini sıxıblar. Tramp isə əvvəlcə nə edəcəyini bilməyib, arxasını Duerteye çevirib. Daha sonra isə normal şəkildə əl tutaraq görüşüb.

 

Trampın bu görüntüləri gündəm oldu - FOTO

Trampın bu görüntüləri gündəm oldu - FOTO