Mənim daha filmlərə çəkilməyə ehtiyacım yoxdur.
Axar.az xəbər verir ki, bunu “Sandey Tayms qəzetinə müsahibəsində amerikalı aktyor Corc Kluni söyləyib.
“Mən kinoya uzun müddət ərzində çəkilmişəm. Mənim artıq 56 yaşım var. Mən daha qızların diqqətini çəkən oğlan deyiləm. Aktyorluqla hesablarımı ödəmək üçün məşğul olurdum. Tekila istehsalı ilə məşğul olan şirkətimi 1 milyard dollara satdım və indi pula ehtiyacım yoxdur”, – Kluni bildirib.