İran-İraq sərhədində baş verən güclü zəlzələ naxçıvanda və cənub bölgəsində hiss olunub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, zəlzələ 22:23-də qeydə alınıb. Zəlzələ əsasən Lənkəran və Astara rayonları ərazisində təqribən 4 bal gündə hiss olunub.

Dağıntı və təlafat barədə məlumat yoxdur. Yeraltı təkanlar təxminən 45 saniyə davam edib.

***

İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yeraltı təkanların episentri İraqın Süleymaniyyə şəhərindən 85 km, İranın Sərpol Zəhab şəhərindən 47 km aralıda, ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

***

İranın Kirmanşah şəhərində baş verən zəlzələnin böyük dağıntılara səbəb olduğu barədə məlumat yayılıb. Sosial şəbəkə istifadəçiləri dağıntıya aid fotolar paylaşıblar.

Zəlzələ, dağıntı və tələfatla bağlı hələlik rəsmi açıqlama verilməyib.

***

ABŞ Geoloji Araşdırmalar Mərkəzi İraqdakı zəlzələnin 7,2 bal gücündə olduğunu, episentrinin Hələbçənin 32 km cənub-qərbinə, 33,9 km dərinliyə düşdüyünü açıqlayıb.

Zəlzələ Türkiyədə də hiss edilib. Zəlzələnin İranda böyük dağıntılara və təlafata səbəb olduğu haqda ilkin məlumat verilib. Sosial şəbəkədə Qəsrşirin şəhərində 2 nəfərin öldüyü bildirilir. Yaxın Şərqi bürüyən və bir-birinin ardınca baş verən zəlzələlərin xəritəsi də yayılıb. Ən güclü və ardıcıl təkanların qeydə alındığı ərazilər qırmızı rənglə işarələnib.

***

Musavat.com xəbər verir ki, zəlzələ İraq, İran, Azərbaycan, Küveyt, Türkiyə, Suriya və BƏƏ-də hiss edilib. İraqın Süleymaniyyə şəhərinin 8 kəndində dağıntı baş verib. İran televiziyası isə zəlzələ nəticəsində İranda 6 nəfərin öldüyünü və yaralıların olduğunu açıqlayıb.

***

Son məlumata əsasən, İraqın Ərbil şəhərində 2 nəfər ölüb, 50 nəfər isə yaralanıb.

***

Türkiyə Səhiyyə Nazirliyi İraqdan gələcək tələbə qarşı hazırlıqlı olduqlarını açıqlayıb. Nazirlik sərhəd şəhərlərdəki xəstəxanalara təcili yardıma hazır olmaları barədə xəbərdarlıq edib. Nazirlikdən bildirilib ki, türk həkimlər istər xəstəxanalara gələn yaralılara müdaxilə etmək, istərsə də xilasetmə üçün hadisə yerinə getməyə hazırdırlar.

***

Verilən məlumata görə, İranda 6, İraqda isə 4 nəfər ölüb. 200-dən çox adamın yaralandığı bildirilir.

***

Yaralılar xəstəxanaya aparılıb. İranın Kermanşah şəhərində bir çox evə elektrik enerjisinin verilməsi dayandırılıb. Şəhər məktəblərində tətil elan olunub.

***

İran dövlət televiziyası Kirmanşah şəhərində azı 30 nəfərin öldüyünü bildirib. Zəlzələdə bəzi binaların uçduğu, insanların dağıntıların altında qaldığı qeyd edilib. Zəlzələ baş verən ərazilərdə xilasetmə işləri aparılır.

***

Verilən son məlumata görə, İranda 90, İraqda isə 4 nəfər ölüb. Yaralıların sayının 200-dən çox olduğu bildirilir.

 

Musavat.com

 

 

 

İran-İraq sərhədindəki güclü zəlzələ Azərbaycanda da hiss olunub - Ölü sayı artır - FOTOLAR, VİDEO

İran-İraq sərhədindəki güclü zəlzələ Azərbaycanda da hiss olunub - Ölü sayı artır - FOTOLAR, VİDEO

İran-İraq sərhədindəki güclü zəlzələ Azərbaycanda da hiss olunub - Ölü sayı artır - FOTOLAR, VİDEO İran-İraq sərhədindəki güclü zəlzələ Azərbaycanda da hiss olunub - Ölü sayı artır - FOTOLAR, VİDEO İran-İraq sərhədindəki güclü zəlzələ Azərbaycanda da hiss olunub - Ölü sayı artır - FOTOLAR, VİDEO İran-İraq sərhədindəki güclü zəlzələ Azərbaycanda da hiss olunub - Ölü sayı artır - FOTOLAR, VİDEO İran-İraq sərhədindəki güclü zəlzələ Azərbaycanda da hiss olunub - Ölü sayı artır - FOTOLAR, VİDEO İran-İraq sərhədindəki güclü zəlzələ Azərbaycanda da hiss olunub - Ölü sayı artır - FOTOLAR, VİDEO İran-İraq sərhədindəki güclü zəlzələ Azərbaycanda da hiss olunub - Ölü sayı artır - FOTOLAR, VİDEO İran-İraq sərhədindəki güclü zəlzələ Azərbaycanda da hiss olunub - Ölü sayı artır - FOTOLAR, VİDEO