Zəngin aristokratlarla digər zadəgan zümrəsi nümayəndələrinin gözəl və cazibədar qızlarla vaxt keçirmək ənənəsi qədim zamanlardan gəlir.

Publika.az bildirir ki, istər Qərb olsun, istərsə də Şərq – o qədər də böyük fərq olmayıb. Lakin Avropada onlara kurtizan qızlar, Çində çansan, hərəmlərdə isə kəniz və ya cariyə deyilirdi.

Çansan

Hərəkətləri ilə kişilərin ağlını başından alan KƏNİZLƏR, KURTİZAN QADINLAR... - Maraqlı FAKTLAR

Aləmə nəzər saldıqda, avropalı kurtizan xanımların “peşə həmkarı” olan qadınlara çansan deyilirdi. Onların vəzifələri kişiləri mahnı, rəqs və maraqlı söhbətləri ilə əyləndirməkdən ibarət idi. Bu sənətə çansanlar uşaqlıqdan öyrədilirdi.

Kişilərlə cinsi əlaqəyə girib-girməmək qərarını onlar özləri verirdi. Əksər hallarda çansanlar zəngin subay kişilərin məşuqələri olurdu. Qızların öz havadarları ilə ailə qurduqları hallara da tez-tez rast gəlinirdi.

Kəniz

Hərəkətləri ilə kişilərin ağlını başından alan KƏNİZLƏR, KURTİZAN QADINLAR... - Maraqlı FAKTLAR

Kəniz sultan hərəmində saxlanılan qadınlara deyilib. Hamısının ağalarının yatağına düşmək arzusunda olduğuna baxmayaraq, əksəriyyəti üçün bu, əlçatmaz bir xəyal idi.

Bəxti gətirməyənlər hərəmdə qulluqçu olurdu. Onlar sultanın bütün əmrlərini yerinə yetirirdilər. Bundan əlavə, kənizlər rəqs etməyə, mahnı oxumağa, şeir söyləməyə, əl işlərinə öyrədilirdi, çünki istənilən anda ağaları onları öz qəbuluna çağırtdıra bilərdi.

Kurtizan qadın

Hərəkətləri ilə kişilərin ağlını başından alan KƏNİZLƏR, KURTİZAN QADINLAR... - Maraqlı FAKTLAR

Avropada kurtizan qadınların çiçəklənmə dövrü XVIII əsrin sonlarına – XIX əsrin ortalarına təsadüf etmişdi. “Alatoran xanımları” iki kateqoriyaya bölünürdü: ədəbsiz və dürüst kurtizanlar. Birincilər küçə fahişələri ilə müqayisə edildiyi halda, ikincilər onlardan bir neçə pillə yuxarıda yer alırdı. Belə xanımlara, zəngin aristokratların onlarla vaxt keçirərkən sıxılmamaması və özlərini rahat hiss etmələri üçün musiqi, rəqs, nəzakətli davranış qaydaları, düzgün tələffüz üzrə xüsusi təlim keçirilirdi.

Yaşı daha az və daha hiyləgər olan kurtizan qadınların havadarlarını ələ keçirmək şansı daha çox olurdu. Hətta kralların kurtizan qadınlara görə taxt-tacdan imtina etdiyi hallar da olub.

Pilegeş

Hərəkətləri ilə kişilərin ağlını başından alan KƏNİZLƏR, KURTİZAN QADINLAR... - Maraqlı FAKTLAR

Yəhudi ənənəsində kişinin həyat yoldaşının uşaq dünyaya gətirmək qabiliyyətinə malik olmadığı hallarda, pilegeş ev sahibləri ilə bir evdə yaşayan kənizlərə deyilirdi. Uşaq dünyaya gətirdiyi halda belə, pilegeş yenə də o evdə kölə yox, qulluqçu statusunda yaşamağa davam edirdi.

Bənzər hal hətta Bibliya mətnlərində də qeyd olunub. Məsələn, Sara ilə İbrahimin personajı. Sara dünyaya uşaq gətirə bilmədiyi üçün, könüllü olaraq qulluqçusu Hacəri həyat yoldaşının yanına göndərmişdi ki, Hacər onun üçün oğul doğsun.