Kanadalı elm adamları əl sıxmaqla ürək-damar xəstəlikləri riskini öyrənməyin mümkün olduğunu açıqlayıblar.
Alimlər bildiriblər ki, dinamometr aləti sayəsində əl sıxaraq əzələlərin gücünü ölçmək və bununla da ürək-damar xəstəliklərinə yaxalanma, hətta erkən ölüm riskini müəyyənləşdirmək mümkündür.
17 ölkədən 35-70 yaşındakı 140 mindən çox insanın iştirak etdiyi araşdırma sübut edib ki, 5 kiloqram güc itkisi erkən ölüm riskini 16 faiz artırır.
İnsanın əl əzələləri nə qədər güclüdürsə, ürək damar xəstəliklərinə yaxalanma riski bir o qədər az olur.
Elm adamları “dinamometr testi”nin hələlik, təcrübə mərhələsində olduğunu, ancaq gələcəkdə bu üsulun təzyiqin ölçülməsində daha etibarlı nəticə verə biləcəyini iddia edirlər.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.