Artlıq 2017-ci ildə 2 mahnısını dinləyicilərə təqdim etmiş gənc pop-musiqiçi SABİNA BEYLİ növbəti dəfə öz dinləyicilərinə “Papito” və “Chokolata” mahnıları ilə tanınmış Ruminiya ifaçısı SEEYA ilə birgə yeni və enerji dolu ispan dilində «NO PUEDO» adlı duetini təqdim edib.

Bu çox ümid bəxş edən hərəkətli mahnı dinləyicilərə 4 noyabr tarixində təqdim edilmişdir və dinləyicilər tərəfindən birinci 4 gün ərzində 500.000 dəfədən çox izlənilmişdir.

Öz gənc yaşına baxmayaraq (Sabinanın bu yaxinda 14 yaşı tamam olmuşdur), SABİNA Avropa və Amerikada popularlaşmış «Ready For Tonight» və «Never Let Go» adlı ingilis dilli mahnıları ilə Avropanın müsiqi aləmində özünə diqqət cəlb etməyi bacarıb.

Çox istedadlı cə zəhmətkeş SABİNA BEYLİ bu nailiyyətləri ilə kifayətlənməyi planlaşdırmır və yaxın zamanlarda Amerika və Avropa bazarlarında ispan və ingilis dillərində yeni xit mahnılarının yayımlanmasına hazırlaşır.

Hamını “SabinaBeyliVEVO” YouTube kanalında Sabina Beyli-nin SEEYA ilə birlikdə ifə etdiyi bu enerji dolu musiqi xiti olan «NO PUEDO» mahnısını izləməyə dəvət edirik.