Argentina yığmasının və “Barselona”nın futbolçusu Lionel Messi DÇ-2018-lə bağlı niyyət edib.
Publika.az xəbər verir ki, Messi DÇ-yə vəsiqə qazanacaqları ilə bağlı inamın onu heç vaxt tərk etmədiyini vurğulayıb. O, mundialın qalibi olacaqları təqdirdə, kilsəni ziyarət edəcəyini bildirib:
“Həmişə inanırdım ki, DÇ-yə vəsiqə qazanacağıq. Amma güman edirdim ki, bu vəzifəni Ekvadorla oyuna qədər həll edəcəyik.
Vəd verirəm, Argentina yığması DÇ-2018-in qalib olsa, onda Müqəddəs Nikolay kilsəsinə qədər zəvvar yolu gedəcəm”.
Messi DÇ-2018-in seçmə mərhələsinin son qarşılaşmasında – Ekvadorla oyunda het-trik edərək, komandasına mundiala vəsiqə qazandırıb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.